Xəzər Xəbər

Kataloniya yaxın günlərdə müstəqilliyini elan edəcək

Dünya | 10:19 • 4 Oktyabr 2017
Kataloniya yaxın günlərdə müstəqilliyini elan edəcək

Kataloniya rəhbəri Karles Puçdemon bəyan edib ki, muxtar vilayət bir neçə gün ərzində öz müstəqilliyini elan edəcək.

Bu barədə "BBC” məlumat yayıb.

"Kataloniya hökuməti cari həftənin sonu və ya gələn həftənin əvvəli öz işinə başlayacaq”, - deyə Puçdemon bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Katolonların 90 faizi müstəqilliyin lehinə səs veriblər.

Məlumata görə, müsadirə olunan bülletenlər çıxmaqla 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqilliyin tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici isə müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.

Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar olub. Baş verən qarşıdurmalar zamanı 761 nəfər xəsarət alıb./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti