Xəzər Xəbər

ABŞ 15 kubalı diplomatı ölkədən qovdu

Dünya | 09:32 • 4 Oktyabr 2017
ABŞ 15 kubalı diplomatı ölkədən qovdu

ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib.

Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.

Rəsmi Vaşinqton bu addımı Kubada çalışan amerikalı diplomatların təhlükəsizliyinin təmin olunmaması ilə əlaqələndirib.

Xəbər lenti