Xəzər Xəbər

Rusiya büdcəsi OPEC+ anlaşmasından əlavə 1 trln. rubl qazanıb

Dünya | 17:52 • 3 Oktyabr 2017
Rusiya büdcəsi OPEC+ anlaşmasından əlavə 1 trln. rubl qazanıb

OPEC+ neft hasilatının azaldılması anlaşması Rusiya büdcəsinə 0,7-1 trln. rubl (12-17,2 mlrd. ABŞ dolları) həcmində əlavə gəlir gətirib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama iləRusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.

"Anlaşma büdcəyə 1 trln. rubl qazandırmaqla bərabər yerli şirkətlərin də əlavə mənfəət əldə etməsinə səbəb olub", - deyə A.Novak bildirib.

Nazir həmçinin qeyd edib ki, anlaşma büdcəyə şirkətlərdən daha çox mənfəət gətirib. Buna səbəb, rublun bahalaşması və gəlir vergisi ilə bağlı olub. A.Novak hazırda neft hasilatının daha da azaldılmasına gərək görmədiyini də vurğulayıb.

Xəbər lenti