Xəzər Xəbər

“Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”

Dünya | 17:18 • 3 Oktyabr 2017
“Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”

"Sözümü bizim hakimiyyətə ünvanlayıram: Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentdəki "Çıxış” adlı müxalifət fraksiyasının başçısı Nikol Paşinyan "Yerevan şəhərinin yerli özünüidarəteməsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi bildirib.

Onun sözlərinə görə, hakimiyyət konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq, idarəçilikdə də formal redaktələrin edilməsini istəyir: "Bu isə demokratik şəhər hakimiyyətinə təhlükə yaradır. Belə baxanda boş şeydir: nə fərqi var? Ancaq insanın da oranqutandan geneteik fərqi 2 faizdir. Nəticə necədir? Hakimiyyətimizə üzümü tutub deyirəm: bizdə siyasi sistem şimpanze səviyyəsindədir. Odur ki makaki meymunu səviyyəsəndək enməyin”.

Xəbər lenti