Xəzər Xəbər

Çin daha bir rekorda imza atdı

Dünya | 17:06 • 3 Oktyabr 2017
Çin daha bir rekorda imza atdı

Çində gündəlik dəmir yolu ilə sərnişin daşınmasında yeni rekord qeydə alınıb.


AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də ölkə üzrə dəmir yolu ilə təxminən 15 milyon sərnişin daşınıb. Bu rəqəm ötən il qeydə alınmış rekord göstəricidən 4,2 faiz çoxdur.


Qeyd edək ki, Çin Xalq Respublikasının yaranma günü (1 oktyabr) və "Payızın ortası” bayramı ilə əlaqədar ölkədə 8 günlük bayram elan olunub. Çinlilər bu günlərdə ölkə daxilində və xarici ölkələrə turist səfərləri edirlər. Çin Milli Turizm Administrasiyasının məlumatına görə, bayramın ilk 2 günündə ölkədə 227 milyon turist 190,5 milyard yuan (24,2 milyard ABŞ dolları) pul xərcləyib. Bu da əvvəlki ilin göstəricisindən təxminən 10 faiz çoxdur.


Çin Turizm Akademiyasının araşdırmasında qeyd olunur ki, bayram günlərində ölkənin turizm obyektləri ötən ilkindən 12 faiz çox - 590 milyon turist qəbul edəcək.

Xəbər lenti