Xəzər Xəbər

Həkimlər təəccübləndilər xərçəng diaqnozu səhv çıxdı

Dünya | 17:05 • 3 Oktyabr 2017
Həkimlər təəccübləndilər

"Diaqnozumuzun yanlış olması bizi heyrətləndirdi. Çünki bütün simptomlara görə, bu qadında xərçəng şişinin varlığı 99 faiz idi. Amma yanıldıq. Özü də çox pis".

Avstraliyanın Sidney şəhərindəki "Royal Prince Alfred Hospital"ın hemotoloqu, doktor Kristian Brayfnt belə deyir.

Səbəb isə 30 yaşlı qadına qoyulmuş diaqnozun səhv olmasıdır.

Vücudundakı ağrılardan şikayətlənən qadın müayinə olunarkən həkimlər onda limfatik düyünlərin şişini aşkarlamışdılar. Həmin problemin limfomadan, yəni bədxassəli xərçəng şişindən qaynaqlandığı şübhə doğurmayıb.

Cərrahiyyə əməliyyatı zamanı şiş kəsiləndə orada xərçəng şişi olmadığı aşkarlanıb. Sən demə, qadının orqanizmi tatuaja belə reaksiya verib, limfa düyünləri şişib.

Tatuaj 15 il əvvəl olunmuşdu və limfa düyününü şişirtmişdi.

K.Brayantın sözlərinə görə, onlar şişmiş, piqmentləşmiş limfa düyünlərini yanlış olaraq melanoma sayıblar./milli.az

Xəbər lenti