Xəzər Xəbər

Fransa çempionatının oyununda terror aktının qarşısı alınıb

Dünya | 16:59 • 3 Oktyabr 2017
Fransa çempionatının oyununda terror aktının qarşısı alınıb

Futbol üzrə Fransa çempionatının VIII turu çərçivəsində keçirilən PSJ – "Bordo” oyunundan qabaq terror aktının qarşısı alınıb.


"Daily Mail” nəşri xəbər verir ki, matçın baş tutduğu "Park de Prens” stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba aşkarlanıb.


Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı 5 şübhəli şəxsi həbs edib. Onlardan biri əvvəlcədən nəzarət altında olub.


Qeyd edək ki, 47 min azarkeşin izlədiyi matç PSJ-nin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti