Xəzər Xəbər

Saakaşvili siyasi sığınacaq istəyib

Dünya | 16:46 • 3 Oktyabr 2017
Saakaşvili siyasi sığınacaq istəyib
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili siyasi sığınacaq almaq tələbi ilə Ukrayna hökumətinə müraciət edib. Bu barədə ictimaiyyətə onun vəkili Markiyan Qalabala məlumat verib.

"Saakaşvili ona əlavə müdafiəyə ehtiyacı olan vətəndaş statusu verilməsini istəyir. Bunun məişət adı siyasi sığınacaqdır",-deyə Saakaşvilinin vəkili qeyd edib.

Markiyan Qalabala həmçinin bildirib ki, siyasi sığınacaqla bağlı sentyabrın 11-də Ukrayna Dövlət Miqrasiya Xidmətinin (DMX) Lvovdakı idarəsinə müraciət olunub: "DMX hələ ki bizə rəsmi cavab verməyib. Qanunla cavab bir gün ərzində təqdim edilməlidir"./faktxəbər

Xəbər lenti