Xəzər Xəbər

Rusiya təhlükəsinə qarşı: “Hərbi Şengen ” yaradılır

Dünya | 15:39 • 3 Oktyabr 2017
Rusiya təhlükəsinə qarşı:

ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı Ben Hoces Rusiya təhlükəsinin qarşısının alınmasına qarşı "Hərbi Şengen” zonasının yaradılmasını təklif edib.

Amerikalı general bildirib ki, NATO-ya məxsus hərbi yüklər Rusiya kimi potensial təcavüzkarın qarşısını almaq üçün daha tez hərəkət edə bilər.
Bu məqsədlə Avropa ölkələri xüsusi nəqliyyat və sərhəd müqavilələri imzalamalıdır. "Əgər biz Alyansın qüvvələrini daha səmərəli saxlamaq istəyiriksə, o, Rusiyanınkı ilə müqayisədə daha sürətlə hərəkət etməlidir”-general Hoces belə deyib.

"Hərbi şengen” təşəbbüsünün müəllifinin sözlərinə görə, NATO avtomagistral, dəmir yolları və s. sahələrdə mövcud sülh qaydaları çərçivəsində zəruri sürət imkanı əldə etməlidir.

Qeyd edək ki, bir müddət öncə Litva da Avropa ərazisində hərbi yüklərin sürətli daşınması üçün "Hərbi Şengen” zonasının yaradılması təklifini irəli sürmüşdü. /cebhe.info

Xəbər lenti