Xəzər Xəbər

Putin: "BMT TŞ qərarlarına əməl edilməsi bütün ölkələr üçün prioritet olmalıdır"

Dünya | 15:33 • 3 Oktyabr 2017
Putin: "BMT TŞ qərarlarına əməl edilməsi bütün ölkələr üçün prioritet olmalıdır"

"BMT Təhlükəsizlik Şurası qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır".


Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən deyib. O bildirib ki, BMT Baş Assambleyasının sessiyasında dünya ictimaiyyətinin qarşılaşdığı hədə və təhlükələrin sayının artması barədə həyəcan təbili çalınıb: "Qeyri-sabitlik şəraitində bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləməkdə başlıca məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət, hüququn aliliyinə riayət etməlidirlər". (APA)

Xəbər lenti