Xəzər Xəbər

Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı

Dünya | 15:31 • 3 Oktyabr 2017
Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı

Moskvada həbs edilmiş keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin davam edən məhkəmə prosesində bu gün prokuror məmurun üzə çıxarılmış əmlaklarının siyahısını açıqlayıb.


Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, 2 milyon dolar rüşvət alarkən tutulmuş A.Ulyukayevin əmlakları aşağıdakılardır:


- Moskvada mənzillər: 2 ədəd 2 otaqlı, 1 ədəd 4 otaqlı və 1 ədəd 5 otaqlı;


- Moskva vilayətinin Ramenskoye rayonunda imarət və torpaq sahəsi;


- Smolensk şəhəri yaxınlığında imarət və kənd təsərrüfatı torpaqları;


- Krımın Yalta şəhərində imarət və torpaq sahəsi.


Bundan əlavə, nazirin "Sberbank”da depozit hesabı var. Hesabdakı məbləğ açıqlanmır.

Xəbər lenti