Xəzər Xəbər

Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verildi

Dünya | 14:48 • 3 Oktyabr 2017
Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verildi

Kosmik mənşəli qravitasiya dalğasını müəyyən etdiklərinə görə ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq görülüblər.

Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Alimlər insan orqanizmində "molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Qeyd edək ki, Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq.

Xəbər lenti