Xəzər Xəbər

Rusiya və Pakistan birgə hərbi təlim keçirir

Dünya | 13:17 • 25 Sentyabr 2017
Rusiya və Pakistan birgə hərbi təlim keçirir
Rusiya və Pakistan ordusu "Dostluq-2017" adlı hərbi təlimə başlayıb. 200 hərbçinin iştirak etdiyi təlim Qaraçay-Çərkəz Respublikası ərazisində dəniz səviyyəsindən təxminən 2,3 min metr yüksəklikdə Qafqaz sıra dağlarında keçirilir.

Təlimdə Rusiyanı Cənub Hərbi Dairəsi Motoatıcı Briqadasının komandiri polkovnik Sergey Dmitriyev, Pakistanı isə briqada generalı Səid Ələmdar Hüseyn Şax təmsil edir.

Təlimlər iki ölkənin hərbçilərinin dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılması üzrə tapşırıqların yerinə yetirilməsi və xüsusən də silahlı birləşmələrin məhv edilməsindən ibarətdir. "Dostluq-2017" sentyabrın 24-dən oktyabrın 4-dək davam edəcək./faktxəbər

Xəbər lenti