Xəzər Xəbər

Meksikada ölənlərin sayı 305 nəfərə çatdı

Dünya | 10:07 • 24 Sentyabr 2017
Meksikada ölənlərin sayı 305 nəfərə çatdı

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

"RİA Novosti"-nin verdiyi məlumata görə, bu barədə ölkənin milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente öz "Twitter" hesabında yazıb.

Puente qeyd edib ki, 167 nəfər Mexiko şəhərində həlak olub. Zəlzələ Oahaka, Puebla, Herrero, Mexiko və Morelos ştatlarında insanların ölümünə səbəb olub.

Qeyd edək ki, 7,1 bal gücündə olan zəlzələ çərşənbə axşamı baş verib.

Xəbər lenti