İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri həbs edib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, saxlanılanların 31 nəfəri
digər dövlətlərin vətəndaşlarıdır. Bununla belə, onların milli
mənsubiyyəti açıqlanmır.
Yerli polis orqanlarının əməkdaşları
şənbə günü antiterror əməliyyatları çərçivəsində İstanbuldakı 15 binada
axtarış aparıblar. Həbs olunanlardan bir neçəsinin Suriya
və İraqda İŞİD silahlıları tərəfdə vuruşduqları güman edilir. Axtarış
zamanı, həmçinin təşkilata aid çox sayda sənəd və elektron avadanlıq ələ
keçirilib.
Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam edir.