Xəzər Xəbər

Meksika sahillərində 5,8 bal gücündə yeni zəlzələ baş verib

Dünya | 16:45 • 23 Sentyabr 2017
Meksika sahillərində 5,8 bal gücündə yeni zəlzələ baş verib

ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, Meksika sahillərində 5,8 bal gücündə yeni zəlzələ olub. Bu, ölkə ərazisində sentyabrda baş verən üçüncü zəlzələdir.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ sentyabrın 23-də yerli vaxtla saat 10:30-da qeydə alınıb. Yeraltı təkanların episentri ölkənin cənubunda, Paredon şəhərindən 48 kilometr cənub-qərbdə, zəlzələ ocağı isə yer səthindən 74,2 kilometr dərinlikdə yerləşib.

Dağıntılar, ölənlər və yaralananlar barədə hələlik heç bir informasiya verilmir.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Son məlumata görə, həmin zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb.

Xəbər lenti