Xəzər Xəbər

İraqda referendum keçiriləcəyi təqdirdə hərbi müdaxilə istisna deyil

Dünya | 16:08 • 23 Sentyabr 2017
İraqda referendum keçiriləcəyi təqdirdə hərbi müdaxilə istisna deyil

Türkiyənin baş naziri Binəli Yıldırım İraq kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçiriləcəyi təqdirdə bu ölkəyə hərbi müdaxiləni istisna etməyib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş nazir həmçinin iqtisadi və siyasi sanksiyalar barədə də xəbərdarlıq edib.

Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.

Xəbər lenti