Xəzər Xəbər

Selfi zamanı səfirin smartfonu oğurlandı

Dünya | 17:04 • 22 Sentyabr 2017
Selfi zamanı səfirin smartfonu oğurlandı

Ukraynanın Hindistandakı səfiri İqor Polixa Dehlinin mərkəzində selfi çəkmək istəyərkən gözlənilməz hadisə baş verib.

İKT.lent.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər turistlər arasında populyar olan, orta əsrlərə aid qalada baş verib. Səfir selfi etmək üçün smartfonunu çıxararkən naməlum şəxs ona yaxınlaşaraq smartfonu əlindən alıb və qaçıb.

Dehli polisi hüquq pozuntusu barədə protokol tərtib edib və təhqiqat aparır. Səfir polisə ifadə verib və oğrunu təsvir edib.

Xəbər lenti