Xəzər Xəbər

Rusiyada partlayıcı qurğuların qoyulması barədə 400 minə yaxın anonim zəng daxil olub

Dünya | 16:53 • 22 Sentyabr 2017
Rusiyada partlayıcı qurğuların qoyulması barədə 400 minə yaxın anonim zəng daxil olub

Son günlər Rusiya ərazisində mindən çox obyektə partlayıcı qurğu qoyulması barədə 400 minə yaxın anonim zəng daxil olub. Təkcə sentyabrın 21-də Rusiyanın 8 şəhərində, o cümlədən Moskvada 47 obyektdən 15 min adam təxliyə edilib.

Rusiyada artıq ikinci həftədir müxtəlif inzibati binalara və ticarət mərkəzlərinə partlayıcı qurğuların qoyulması barədə yalan məlumatlar verilir. Güc strukturları bütün anonim zəngləri yoxlasalar da, heç bir obyektdə məlumat təsdiqini tapmayıb.

Hüquq mühafizə orqanlarının ehtimalına görə, zənglər İŞİD qruplaşması ilə bağlı insanlar tərəfindən olunur. Onların bəzilərinin kimliyi aşkar edilib və həmin adamlar beynəlxalq axtarışa veriləcək. (AZƏRTAC)

Xəbər lenti