Xəzər Xəbər

Rusiya "Kalibr"lərlə terrorçuların bazalarını vurdu

Dünya | 15:22 • 22 Sentyabr 2017
Rusiya "Kalibr"lərlə terrorçuların bazalarını vurdu

Qara Dəniz Donanmasının sualtı "Velikiy Novqorod" qayığı qanadlı "Kalibr" raketləri ilə "Cəbhət ən-Nusra" terrorçularının bazalarını vurublar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildiriliri ki, bütün hədəflər məhv edilib.

"Kalibr"lər son günlərdə müəyyənləşdirilən və canlı qüvvələrin, texnikaların toplandığı dayaq məntəqələrini vurub.

Hədəflərdən biri də "Cəbhət ən Nusra"nın İdlib əyalətində silah anbarı olub.

Hədəflərin mənzili 300 km təşkil edib.Obyektiv yoxlama nətcəsində bütün hədəflərin məhv edildiyi təsdiqlənib, deyə məlumatda bildirilir.

Xəbər lenti