Xəzər Xəbər

İspan hücumçunun ürəkparçalayan sirri: "Sən gülümsə deyə..."

Dünya | 15:06 • 22 Sentyabr 2017
İspan hücumçunun ürəkparçalayan sirri:
"O qolu vura bilmədi, son müdaxiləni edə bilmədi, ya da küncə gedən topun qarşısını ala bilmədi" - deyə futbolçuları tənqid edərkən qəddar olub çox önəmli bir şeyi unuduruq.

XəzərXəbər goal.az-a istinadən bildirir ki,Futbolçuların da bizim kimi insan olduğunu, onların da dərdləri olduğunu və onların da bizim kimi acı çəkdiyini. Eynilə ispan hücumçu Xese Rodrigez kimi...

PSG-dən "Stoke City”yə transfer olunan Rodrigezin 26 iyunda erkən doğumla bir oğlu dünyaya gəlib.

Xesenin xəstə doğulan oğlunun müalicəsi hələ də davam edir. Doğulan gündən Qran Kanariyada xəstəxanada yatan körpə Nyan üçün İngiltərə ilə İspaniya arasında qalan ispan futbolçu çətin günlər keçirir.

İngiltərədə olduğu müddətdə əməliyyat olunmalı oğlundan internet üzərindən xəbər tutur. Erkən doğulan Nyanın əməliyyatının reallaşması üçün isə bədəninin yetərli inkişafı lazımdır. Həmin günə qədər isə həkim nəzarəti altında xəstəxanada qalmalıdır.

Həyat yoldaşı Aura Ruiz və oğlu ilə qürur duyan Xese instagram hesabında oğlunu öpərkən çəkilən fotosunu duyğusal sözlər yazaraq paylaşıb:

"Dünya sənin yetərincə yaxşı olmadığını düşünürsə, bu böyük bir yalandır. Sən başıma gələn ən gözəl şeysən. Mənə həmişə xoşbəxtlik gətirəcəksən. Hər gün səndən, gücündən, arzundan, zərifliyindən, kiçik bədəninlə acı çəkməyinə rəğmən yaşamaq uğrunda mübarizə aparmağından, kiçik addımlarla irəliləyişindən bir şey öyrənirəm... Bu pis duruma rəğmən içimi xoşbəxtliklə doldurursan. Təşəkkürlər, oğlum. Artıq daha çox çalışacam, daha çox qol atacam, bir övladın xoşbəxt olması üçün bir atanın edə biləcəyi nə varsa edəcəm. Bunu səninçün, öz döyüşçüm üçün edəcəm. Hər şey yoluna düşəcək. Həmişə yanında olacam”.

Xəbər lenti