Xəzər Xəbər

Gecə yolda uşaq gördü, maşını saxladı BAŞINA GƏLMƏYƏN QALMADI

Dünya | 15:02 • 22 Sentyabr 2017
Gecə yolda uşaq gördü, maşını saxladı

Gecə saatlarında avtomobili ilə evinə gedən qadın birdən düz yolun ortasında oturan uşaq görüb. Təəcüblənən qadın maşını saxlayaraq uşağın yanına yaxınlaşmaq istəyərkən, quldurların hücumana məruz qalıb.

Hadisə Amerikanın Florida ştatında baş verib. 33 yaşlı qadın uşağa kömək etmək məqsədilə dayansa da, qarət olunub. Daha sonra məlum olub ki, yoldakı uşaq deyil, oyuncaqdır.

Qara geyimli və üzlərində maska olan naməlum iki şəxs tərəfindən qarət olunan qadın hadisə haqqında polisə məlumat verib.

Faktla bağlı araşdırma başladılıb.

Ümumiyyətlə dünyanın bütün ölkələrində bu cür hadisələr yaşana bilər. Bunun üçün sürücülər diqqətli olmalıdırlar./publika.az

Xəbər lenti