Xəzər Xəbər

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

Dünya | 14:28 • 22 Sentyabr 2017
Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

Ermənistan Müdafiə Nazirliyinin 26 yaşlı zabiti David Tsturyan 13 yaşlı David Darbinyanı idarə etdiyi "VAZ-2121” markalı avtomobillə vuraraq öldürüb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Tavuş rayonunun Verin Karmiraxbyro kəndində olub.

Hərbçinin vurduğu yeniyetmə kənddəki məktəbin 8-ci sinfində oxuyurmuş. O, yaralı halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti