Xəzər Xəbər

Müflis olan azərbaycanlı iş adamından GÖZLƏNİLMƏZ ADDIM: işçiləri...

Dünya | 10:51 • 22 Sentyabr 2017
Müflis olan azərbaycanlı iş adamından

Açılışında Şeron Ston, Paris Hilton, Monika Belluçi, Meray Key kimi ulduzları qonaq edən "Mardan Palace” oteli rəsmi internet saytından həyata keçirdiyi satışları dayandırıb.

Azərbaycanlı iş adamı Telman İsmayılova aid 1.4 milyardlıq otel sentyabr və oktyabr ayına aid bütün otaq sifarişlərini ləğv edib. Noyabr ayı üçün ayrılan yerləri sifariş etdikdə isə sistem avtomatik olaraq sifarişi rədd edir.

2010-cu ildə dünyanın ən lüks oteli seçilən otelin qeydiyyat xəttinə və onlayn adreslərinə isə cavab verilmir.

2009-cu ildə istifadəyə verilən otelin işçiləri də maaş almadıqları üçün Antaliya İşçi Qurumuna şikayət ərizəsi ilə müraciət ediblər.

Otel idarəsi isə hər şeyin qaydasında olduğunu, otelin bağlanmadığını və sifarişlərin sadəcə bir həftə müddətinə dayandırıldığını bildirib./publika.az



Xəbər lenti