Xəzər Xəbər

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

Dünya | 10:45 • 22 Sentyabr 2017
Meksikada zəlzələ:

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinatoru Luis Felipe Puente özünün "Tvitter”ində yazıb.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Son iki sutka ərzində ölkə ərazisində 10-dan çox yeraltı təkan qeydə alınıb. Ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Xəbər lenti