Xəzər Xəbər

ABŞ və Rusiya generalları bir araya gəldi İLK DƏFƏ

Dünya | 10:37 • 22 Sentyabr 2017
ABŞ və Rusiya generalları bir araya gəldi

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon koalisiyaya xidmət edən generalların rus generallarla görüşdüyünü açıqlayıb.

Görüşün məqsədi Suriyanın Deyr-əz-Zor şəhərindəki ABŞ qüvvələri ilə Rusiya qüvvələri arasındakı ayrı-seçkiliyi aradan qaldırmaq olub.

General görüşün bir neçə gün öncə keçirildiyini, generalların bölgə ilə bağlı xəritə və qrafikləri bir-biriləri ilə paylaşdığını bildirib:

"Koalisiya qüvvələri ilə Rusiyanın hərbi nümayəndələri ordular arasındakı anlaşmazlıqları və fərdilikləri aradan qaldırmaq üçün bir araya gəldilər. Tərəflər İŞİD-lə mübarizədən yayındıracaq bütün manelərdən qurtulmaq məqsədilə əllərindəki bilgiləri bir-biriləri ilə bölüşdülər”./publika.az

Xəbər lenti