"ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.
Bunu İranın ali rəhbəri ayətullah Xamenei BMT-nin 72-ci sessiyasında ABŞ prezidenti Donald Trampın çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın Qərbi Asiyada uzunmüddətli planları İranın təsiri nəticəsində pozulub, bu isə onları narahat edir və əsəbiləşdirir.
Ayətullah Xamenei bu əsəbi münasibəti İran İslam
Respublikasının gündən-günə inkişafı ilə əlaqələndirib: "Bu səfeh,
kobud və "kovboy ədəbiyyatı” üzərində qurulmuş yalanla dolu nitq ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir. ABŞ prezidentinin çıxışı heç də Amerika xalqı üçün fəxredici deyil. ABŞ
xalqı belə bir prezidenti olduğu üçün utanır və dəfələrlə bunu bəyan
edib. Amerika uzun illər öncə Yaxın Şərqlə bağlı 3 istiqamətdə - İraq, Suriya
və Livan üçün böyük planlar cızdı və bunların hamısı uğursuzluqla
nəticələndi. Plana əsasən qədim tarixə və sivilizasiyaya malik olan
İraq, müqavimət mərkəzi olan Suriya və özünəməxsus yeri olan Livan ABŞ
və sionist rejimin siyasəti altına keçməli idi. Lakin bu gün regiondakı
həqiqətlər bunun başqa cür olduğunu göstərir. Onlar Livanda heç bir iş
görə bilmədilər, İraqda da istəklərinin əksi baş verdi. Suriyada da bu qədər misilsiz cinayətlər törətmək və ölkə əhalisini qətlə yetirmələrinə baxmayaraq, sonda küncə qısıldılar. İran İslam Respublikasının təsiri ABŞ və sionist rejimin planlarını pozdu. Bu isə onların əsəbiləşmələrinin əsas səbəbidir”./apa