Xəzər Xəbər

Çinin kredit reytinqi aşağı salındı

Dünya | 16:08 • 21 Sentyabr 2017
Çinin kredit reytinqi aşağı salındı

"Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Çinin kredit reytinqini aşağı salıb.


AZƏRTAC agentliyə istinadla xəbər verir ki, "Standard & Poor's” Çinin uzunmüddətli kredit reytinqini "AA-” səviyyəsindən "A+” səviyyəsinə, yaxınmüddətli kredit reytinqini isə "A-1+” səviyyəsindən "A-1” səviyyəsinə endirib, proqnozu "sabit” olaraq təyin edilib.


Açıqlamada Çinin kredit reytinqinin aşağı salınmasına səbəb kimi iqtisadi və maliyyə risklərinin artması göstərilib.

Xəbər lenti