Xəzər Xəbər

Ruhanidən dünyanı rahatladan BƏYANAT

Dünya | 15:12 • 21 Sentyabr 2017
Ruhanidən dünyanı rahatladan

"İran nüvə silahı əldə etməyə çalışmayacaq, hətta ABŞ nüvə sazişindən çıxıdığını elan etsə belə Tehran bu qərarını dəyişməyəcək”.

Bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

ABŞ dövlət katibi Reks Tillerson isə İran və "altılıq” ölkələrinin nümayəndələrinin görüşü zamanı ölkəsinin mövqeyini belə ifadə edib: "ABŞ razılaşır ki, texniki nöqteyi-nəzərdən İran nüvə sazişinin şərtlərini yerinə yetirir”.

Eyni mövqeyi avropalı diplomat Federika Moqerini də bölüşüb. Moqerininin fikrincə, vəziyyəti ən yaxşı MAQATE dəyərləndirə bilər.

Danışıqlardan sonra İran prezidenti dünyanı rahatladan bəyanatla çıxış edib. Ölkəsinin nüvə silahı çalışmalarına başlamayacağını vurğulayıb.

Xəbər lenti