Xəzər Xəbər

Düşmənə qardaş köməyi: Diktator istəməsə də, 8 milyonluq yardım

Dünya | 15:09 • 21 Sentyabr 2017
Düşmənə qardaş köməyi:

Şimali və Cənubi Koreya arasında düşmən münasibətləri olmasına baxmayaraq, çətin zamanda Seul qardaş köməyini əsirgəməyib.

Cənubi Koreya hökuməti BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiya tətbiqi barədə qərarından sonra bu ölkəyə 8 milyon dollarlıq humanitar yardım göndərilməsini qərara alıb. Vəsait əsasən hamilə qadınlar və uşaqlara ayrılacaq.

Şimali Koreyada başlayan humanitar böhranın əhalinin bu hissəsinə təsirini maksimum azaltmaq üçün rəsmi Seul belə qərar qəbul edib. Hələlik yardımın göndəriləcəyi tarix və marşrut müəyyən edilməyib.

Rəsmi Seul yardım qərarının siyasi düşüncədən kənar qəbul edildiyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Şimali Koreyada əhalinin 72 faizi, yəni 24,5 milyon nəfər ərzaq çatışmazlığından əziyyət çəkir. Onların arasında 1,3 milyon uşaq və hamilə qadın var. /Cebhe.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti