Xəzər Xəbər

Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu FOTO

Dünya | 14:42 • 21 Sentyabr 2017
Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu

Kanadanın Baş Naziri Castin Trudeau yenə özünəməxsusluğu ilə dünya gündəminə gəlməyi bacarıb.

XəzərXəbər xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 72-ci ümumi iclasına qatılan baş nazir bu dəfə corabları ilə fotoqrafların diqqətini çəkib.

Nyu-Yorkda təşkil edilən BMT-nin ümumi iclası çərçivəsində keçirilən biznesmenlər toplantısına qatılan C.Trudeaunun çıxışından çox corabları gündəm olub. Baş nazir toplantıya "Ulduz müharibələri” serialının əsas obrazlarından olan Çevbakka adlı aslanın şəkli vurulan corab geyinib.

C.Trudeaunun bu hərəkəti serialın fanatları tərəfindən rəğbətlə qarşılanb./publika.az

Xəbər lenti