Xəzər Xəbər

“Regionda yeni münaqişələr başlana bilər” Üç nazirdən XƏBƏRDARLIQ

Dünya | 12:11 • 21 Sentyabr 2017
“Regionda yeni münaqişələr başlana bilər”

İraq, İran və Türkiyənin Xarici İşlər Nazirliyinin başçıları Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində üçtərəfli görüş keçiriblər.

"Anadalu” agentliyi xəbər verir ki, nazirlər İbrahim əl-Cəfəri, Cavad Zərif və Mövlud Çavuşoğlu Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumu ilə bağlı birgə bəyanat qəbul ediblər.

Nazirlər Ərbili referendumun keçirilməsindən imtina etməyə çağırıblar. Bəyanatda İraqın ərazi bütövlüyünə sədaqət ifadə olunub və bildirilib ki, referendum İraqın İŞİD-ə qarşı mübarizəsini böyük təhlükə altına qoyur. Bəyanatda referendumun İraq Konstitusiyasına zidd olduğu, regionda yeni münaqişələrinin başlanmasına səbəb ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, referendumun sentyabrın 25-də keçirilməsi planlaşdırılır./publika.az

Xəbər lenti