Xəzər Xəbər

“Rusiya dünya üçün əsas təhdiddir” – ABŞ-ın vitse-prezidenti

Dünya | 12:04 • 21 Sentyabr 2017
“Rusiya dünya üçün əsas təhdiddir”

ABŞ-ın vitse-prezidenti Maykl Pens dünya üçün üç əsas təhdidi açıqlayıb. Bu barədə "Kommersant” xəbər verir.

Montoneqronun NATO-ya üzvlüklə bağlı mərasimdən sonra Pens bəyan edib ki, Rusiya, İran və beynəlxalq terrorizm beynəlxalq birliyə əsas təhdiddir: "Dünya bu gün 25 il əvvəl baş verən kommunizmin çökməsindən sonra yaranan vəziyyətdən də daha təhlükəlidir”.

ABŞ-ın vitse-prezidenti Şimali Atlantika Şurasının üzvlərinə, həmçinin Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən də danışıb.

Pens, əlavə edib ki, ABŞ-ın əsas hədəfi NATO-nun daha da güclənməsi olmalıdır: "Güclü alyans – xüsusilə bu asan olmayan vaxtlarda həyatı əhəmiyyət malikdir”.
Onun sözlərinə görə, rəsmi Vaşinqton öz tərəfdaşlıq öhdəliklərini yerinə yetirməyə tamamilə hazırdır və alyansın bir üzvünə hücumun, bütün üzlərə hücum anlamına gəlməsi prinsipinə sadiqdir.

Xəbər lenti