Xəzər Xəbər

Tillerson: İran nüvə proqramı ilə əlaqədar sazişə əməl edir

Dünya | 11:58 • 21 Sentyabr 2017
Tillerson:

İran, Beynəlxalq vasitəçilərlə bağlanan nüvə proqramı barədə razılaşmaya əməl edir. ABŞ Dövlət Katibi Reks Tillerson bu barədə "Altılıq" və İran ölkələrinin nazirlər səviyyəsində görüşünü şərh edərkən bəyan edib.

Tillerson əlavə edib ki, prezident Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmasının ABŞ-ın maraqları ilə nə dərəcədə uyğun olduğunu diqqətlə araşdırır. O, həmçinin vurğulayıb ki, prezident qərar qəbul etdiyini açıqlayıb, ancaq kənardan heç kimlə müzakirə etməyib./faktxəbər

Xəbər lenti