Xəzər Xəbər

Prezident oğlunu edam etməyə icazə verdi

Dünya | 11:38 • 21 Sentyabr 2017
Prezident oğlunu edam etməyə icazə verdi

Narkomafiya ilə mübarizədə sərt qaydaları ilə məşhur olan Filippin prezidenti Rodriqo Duterte uşaqlarını belə öldürməyə icazə verib.

Prezident narkotiklərlə ticarətdə iştirakı sübut ediləcəyi halda oğlu Paolo Dutertenin öldürüləcəyini bildirib.

"Mənim uşaqlarım narkotiklərlə ticarətə cəlb olunsa, onları öldürün. Mən oğlumla şəxsən danışmışam. Ona bildirmişəm ki, narkotiklərlə ticarətdə iştirakı sübut ediləcəyi halda edamı haqqında əmri şəxsən verəcək və polisi müdafiə edəcəyəm”, - Filippin başçısı deyib.

Qeyd edək ki, Filippin prezident seçildiyi 2016-cı ilin yayından narkotiklərlə mübarizə üzrə kampaniyaya start verib. Xüsusi əməliyyatlar zamanı polislər narkoticarətdə şübhəli hesab olunan 3800 nəfəri öldürüblər.

Qərb kampaniyanın aparılması metodlarını sərt tənqid edir və Filippin hakimiyyətini insan hüquqlarını pozmaqda günahlandırır./publika.az

Xəbər lenti