Xəzər Xəbər

Ruhani Trampı hədələdi: `ABŞ rəhbərliyi, ancaq öz güzəşt limitini bitirir`

Dünya | 10:00 • 21 Sentyabr 2017
Ruhani Trampı hədələdi:

İran Prezidenti Həsən Ruhani nüvə sazişini ilk pozan tərəf olmayacaqlarını, ancaq tərəflərdən birinin pozması halında qərarlı şəkildə cavab verəcəklərini deyib.

Ruhani BMT Baş Məclisindəki çıxışında ölkəsinin təmkinli şəkildə dialoq axtarışında olduğunu bildirib.

"Biz heç kəsi təhdid etmirik, heç kimin də bizi təhdid etməsinə tolerant yanaşa bilmərik", - deyən Ruhani, "bizim çıxışımız hörmət və şərəfdir. Təhdid və qorxutmalarla hərəkət etmirik" söyləyib.

İran və P5+1 ölkələri arasında əldə edilən nüvə müqaviləsinin (JCPOA) 2 illik danışıqlar nəticəsində əldə edildiyinə diqqəti çəkən Ruhani, bu müqavilənin BMT Təhlükəsizlik Şurasının da razılığı artıq beynəlxalq bir sənədə çevrildiyinə işarə edib. Ruhani, "Bu müqavilə tamamilə beynəlxalq cəmiyyətə aiddir, sadəcə bir və ya iki ölkə arasında deyil", - deyə əlavə edib.

Ruhani nüvə sazişi pozan ölkə olmayacaqlarını da vurğulayaraq belə qeyd edib:

"Qarşınızda İran İslam Respublikası olaraq nüvə sazişini ilk pozan ölkə olmayacağımızı bəyan edirəm. Ancaq hər hansı bir tərəfin bunu pozması halında qərarlı şəkildə cavab verəcəyik. Əgər bu müqavilə, dünya siyasətinə yeni çıxan quldurlar tərəfindən pozularsa, təəssüf yaradacaq hal olar. Dünya böyük bir fürsəti qaçıracaq. Bu bədbəxt addım İranın inkişaf və irəliləyişinin qarşısında dayana bilməz. Beynəlxalq müqavilələri pozaraq yeni ABŞ rəhbərliyi, ancaq öz güzəşt limitini bitirir. ABŞ-ın beynəlxalq müzakirələrdəki sözlərinə olan etibar zədələnir".

Fələstin məsələsinə də toxunan Ruhani, "irqçi rejimlərin" fələstinlilərin ən təməl haqları və torpaqlarını ala bilməyəcəyini söyləyib. Ruhani, "Yəmən, Suriya, İraq, Bəhreyn, Əfqanıstan, Myanmar və digər bölgələrdəki müsəlmanlar müharibə, çətinlik və yoxsulluq altında olduğu halda, heç kim uzunmüddətli sabitlik, inkişaf və rifah gözləməsin", - deyə bildirib./FaktXəbər

Xəbər lenti