Xəzər Xəbər

Tramp İranla əldə edilən nüvə razılaşması ilə əlaqədar qərarını verib

Dünya | 09:58 • 21 Sentyabr 2017
Tramp İranla əldə edilən nüvə razılaşması ilə əlaqədar qərarını verib

ABŞ prezidenti Donald Trump BMT Baş Məclisi üçün Nyu Yorka gələn Fələstin dövlət başçısı Mahmud Abbas və İordaniya kralı Abdullahla görüşüb.

Görüşdən sonrası jurnalistlərin suallarını cavablandıran Tramp Orta Şərq ilə əlaqədar bəzi fikirlər səsləndirib.

İranla nüvə razılaşmanın təxirə salınıb salınmayacağı barədə suala isə Tramp, "Qərarımı vermişəm, yaxın vaxtlarda bunun nə olduğunu öyrənəcəksiniz" cavabını verib. Ancaq Tramp İranla nüvə razılaşmanın aqibətiylə əlaqədar ətraflı danışmaqdan yayınıb.

Xatırladaq ki, BMT Baş Məclisində ilk dəfə çıxış edən Donald Tramp İranla əldə olunan nüvə razılaşması üçün "İranla nüvə razılaşma ABŞ üçün utanc mənbəyidir. Bu mövzuda hələ son sözümüzü eşitməmisiniz", - deyə bildirmişdi.

Dünən BMT Baş Məclisində çıxış edən İran prezidenti Həsən Ruhani isə bu sözlərə cavab olaraq, "qarşınızda İran İslam Respublikası olaraq nüvə sazişini ilk pozan ölkə olmayacağımızı bəyan edirəm. Ancaq hər hansı bir tərəfin bunu pozması halında qərarlı şəkildə cavab verəcəyik. Əgər bu müqavilə, dünya siyasətinə yeni çıxan quldurlar tərəfindən pozularsa, təəssüf yaradacaq hal olar. Dünya böyük bir fürsəti qaçıracaq. Bu bədbəxt aksiya İranın inkişaf və irəliləyişinin qarşısında dayana bilməz. Beynəlxalq müqavilələri pozaraq yeni ABŞ rəhbərliyi, ancaq öz güzəşt limitini bitirir. ABŞ-ın beynəlxalq müzakirələrdəki sözlərinə olan etibar zədələnir", - deyə bildirib./FaktXəbər

Xəbər lenti