Xəzər Xəbər

Meksikada ölü sayı 230-a çatıb

Dünya | 09:47 • 21 Sentyabr 2017
Meksikada ölü sayı 230-a çatıb

Meksikada baş verən zəlzələ nəticəsində sayı 230 nəfərə çatıb.

Bunu Meksikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente bildirib.

O, "Twitter" səhifəsində qeyd edib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub: "Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say 230 nəfərdir".

Qeyd edək ki, ötən gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.

Xəbər lenti