Xəzər Xəbər

Ərdoğan Putinlə görüşəcək

Dünya | 09:32 • 21 Sentyabr 2017
Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

XəzərXəbər "Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezidentlərin görüşü sentyabrın 28-də baş tutacaq.

Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda Putinlə görüşəcəyini təsdiqləyib. O, bildirib: "Gələn bazar ertəsi cənab Putinlə telefon danışığımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik”.

Türkiyə prezidenti Putinlə bir sıra məsələləri, o cümlədən Suriya problemini müzakirə edəcəyini deyib.

Xəbər lenti