ABŞ prezidenti Donald Trampın BMT-dəki çıxışı dünya mətbuatının gündəmindədir.
Xüsusilə İsrail baş naziri Benyamin Netanyahu bu çıxışa reaksiya verərək "30 illk təcrübəmdə bu qədər cəsur çıxış eşitməmişdim" deyib.
İsveçin xarici işlər naziri Margot
Vallstrom isə BBC-yə açıqlamasında "Tramp yanlış zamanda yanlış izləyici
qarşısında bir çıxış etdi" deyib.
Venesuelanı təmsil edən xarici işlər naziri Jorqe Arreaza Trampı tənqid
edənlərdən olub. O, keçirdiyi brifinqdə ölkəsini tənqid edən Trampa sərt
reaksiya verib.
Qeyd edək ki, BMT-dəki çıxışında Tramp müharibə, ölkələri yox etmək, sanksiya çağırışları səsləndirib./Cebhe.info