Xəzər Xəbər

Barselonada etirazlar başladı: İspaniyaya mesaj

Dünya | 16:39 • 20 Sentyabr 2017
Barselonada etirazlar başladı:

Kataloniyalılar İspaniya polisinin keçirdiyi axtarış və həbs əməliyyatlarına qarşı Barselonada etiraz aksiyalarına başlayıb.

Etirazçılar Kataloniya hökumətinə məxsus Maliyyə Nazirliyinin binasının önündə toplaşaraq müstəqillik şüarları səsləndiriblər.

Aksiyaçıların üzərinə "İspaniya, problemin budurmu?” yazılmış seçki qutusunu daşıması diqqət çəkib.

Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirməyi planlaşdırır. İspaniya bu səbəbdən ötən gün muxtariyyətin bütün maliyyə qaynaqlarına həbs qoyub./Axar.az

Xəbər lenti