Xəzər Xəbər

Ərdoğanla Trampın SƏMİMİ FOTOSU: Prezidentin xəbəri olmadan necə çəkilib?

Dünya | 16:30 • 20 Sentyabr 2017
Ərdoğanla Trampın SƏMİMİ FOTOSU:

BMT-nin toplantısında iştirak etmək üçün Amerikaya gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın səmimi fotoları yayılıb.

Fotolar yayıldıqdan sonra Ərdoğan təəccübünü gizlətməyərək "Hardan gördünüz onu? Bir otağa heç kimi buraxmadıq. Necə olur bu iş?",- deyə jurnalistlərdən soruşub.

Jurnalistlərdən biri baş nazirə cavabında fotonun Prezident Administrasiyasının Twitter hesabından götürüldüyünü prezidentin diqqətinə çatdırıb. Ərdoğan bu dəfə də "Elə şey olmaz. Twitter-dən yayılmaz. Çünki heç kimi içəriyə buraxmadıq" deyib. Bu zaman isə Administrasiyanın sözçüsü İbrahim Kalın "Bu da bizim sirrimiz olsun", - deyə söhbətə qatılıb. /Cebhe.info

Xəbər lenti