Xəzər Xəbər

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO

Dünya | 14:51 • 20 Sentyabr 2017
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu -

Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub. "Qafqazinfo” xəbər verir ki, hadisə 2 gün öncə baş verib.

Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb.

Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, Kamilin qardaşı Ramil Yusubov da hazırda Azərbaycan sərbəst güləş millisinin üzvüdür. Ramil son Azərbaycan çempionatında bürünc medal qazanıb.

Xəbər lenti