Xəzər Xəbər

Bərzani referendumdan vaz keçmək üçün şərtlərini açıqladı

Dünya | 13:37 • 20 Sentyabr 2017
Bərzani referendumdan vaz keçmək üçün şərtlərini açıqladı

Şimali İraq Kürd Muxtariyyatının lideri Məsud Bərzani 25 sentyabrda müstəqillik barədə referendum keçirməyə hazırlaşır.

Bərzani referendumdan ancaq müstəqillik təminatı veriləcəyi təqdirdə vaz keçəcəyini bildirib.

İngiltərənin müdafiə naziri ilə görüşən kürd lider referendumdan vaz keçmək üçün şərtlərini açıqlayıb. Əks halda 25 sentyabrda referendum keçiriləcək.

Şərtlər bunlardır:

- Rəsmi Bağdad Şimali İraqın müstəqillik mövzusunda müzakirəyə açıq olduğunu rəsmən açıqlasın;
- Şimali İraqın müstəqillik müzakirələrində beynəlxalq fiqurlar təminatçı olsun;
- Müzakirələr yolu ilə müstəqillik üçün dəqiq bir vaxt verilsin.

Olke.az

Xəbər lenti