Xəzər Xəbər

Qətər Körfəz ölkələrini İranla dialoqa çağırdı

Dünya | 11:33 • 20 Sentyabr 2017
Qətər Körfəz ölkələrini İranla dialoqa çağırdı

İran və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası siyasi dialoqun inkişafı üçün qarşılıqlı mənfəətli maraqları qorumalıdır.

Bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

Qətər Əmiri Körfəz ölkələrini mehriban qonşuluq, ölkənin daxili işlərinə qarışmama və dövlətlərin suverenliyinə hörmətlə yanaşma prinsipinə əsaslanaraq İranla əməkdaşlığı artırmağa çağırıb.

«Bu bizə ona görə lazımdır ki, regionda təhlükəsizliyi və sabitliyi əldə edək», deyə o, bəyan edib.

Xəbər lenti