Xəzər Xəbər

“Bu, böyük müharibənin başlanğıcı olacaq” DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Dünya | 10:42 • 20 Sentyabr 2017
“Bu, böyük müharibənin başlanğıcı olacaq”

"İraq və Suriyanın ərazi bütövlüyünün ləğv edilməsi nə zaman bitəcəyi məlum olmayan və beynəlxalq miqyas alacaq daha böyük müharibənin alovlanması anlamına gəlir”.

"Anadolu” agentliyi xəbər verir ki, bunu Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunu şərh edən Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, İraqın ərazi bütövlüyünün pozulması ilə ediləcək dəyişiklik Türkiyə üçün çox ciddi bir təhdiddir.

"Risk faktorlarının artmasına maneə olmaq üçün istənilən addımı atacağımıza heç bir şübhə yoxdur”, - Türkiyənin müdafiə idarəsinin başçısı bildirib./Publika.az

Xəbər lenti