Xəzər Xəbər

Trampın ən yaxın adamı dinlənilib: Material xüsusi prokurara verildi

Dünya | 16:49 • 19 Sentyabr 2017
Trampın ən yaxın adamı dinlənilib:

Federal Təhqiqatlar Bürosu Amerikada keçirilən son prezident seçkisi ərəfəsində və səsvermədən sonra Donald Trampın müşaviri, onun seçki qərargahında mühüm post tutan Pol Manafortu dinləyib.

Manafort hətta 2014-cü ildən bəri FTB-nin apardığı bir təhqiqatın obyekti olub.

CNN xəbər verir ki, araşdırma Vaşinqtonda fəaliyyət göstərən bəzi məsləhət firmalarının Ukraynanın hakin Regionlar Partiyası ilə əməkdaşlığına həsr edilib. Umumilikdə dinləmə ilə bağlı iki order alınıb. İkinci order Tramp tərəfdarlarının Rusiya ilə əlaqələrinə dair aparılan araşdırma çərçivəsində verilib. FTB Tramp tərəfdarlarının, xüsusilə də Manafortun Rusiyadan seçki kampaniyasında kömək istəməsini ehtimal edir.

FTB-nin dinləmə zamanı əldə etdiyi butun materillar Trampın Rusiya ilə əlaqəsini araşdıran xüsusi prokuror Robert Müllerə təqdim edilib.

Qeyd edək ki, Manafort və prezidentin keçmiş müşaviri Maykl Flinn Tramp-Rusiya əlaqələrində əsas fiqurlar hesab edilir./cebhe

Xəbər lenti