Xəzər Xəbər

Kiyevdə həkimlərin etiraz aksiyası keçirilib

Dünya | 15:07 • 19 Sentyabr 2017
Kiyevdə həkimlərin etiraz aksiyası keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində həkimlərin etiraz aksiyası keçirilib.


AZƏRTAC xəbər verir ki, aksiyada 1000-dən artıq həkim iştirak edib.


Aksiyaçılar səhiyyə sahəsinə dövlət maliyyə yardımının artırılması, həkimlərin əmək haqqının artırılması, islahatların aparılması, səhiyyə nazirinin dəyişdirilməsi kimi tələblər irəli sürüblər.


Bu aksiyadan sonra Nazirlər Kabineti ilin sonuna kimi həkimlərin əmək haqqının artırılması məsələsinə baxılacağını açıqlayıb.

Xəbər lenti