Xəzər Xəbər

İrəvanın mərkəzində uşaqları və qadınları həbs etdilər - FOTO

Dünya | 14:57 • 19 Sentyabr 2017
İrəvanın mərkəzində uşaqları və qadınları həbs etdilər -

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı Yerevanda Respublika meydanının yaxınlığında siyasi məhbus Karo Yeğnukyanın həyat yoldaşı və uşaqları - Hakop, Sime, Elmon Yeğnukyan polis tərəfindən həbs olunub.


Virtualaz.org bildirir ki, bu barədə "Erməni Qadınları Cəbhəsi” məlumat yayıb.


Məlumatda bildirilir ki, polis siyasi məhbusun ailəsinin yanında olan "Erməni Qadınları Cəbhəsi”nin üzvləri Ruzanna Yeğnukyan, Ağavni Sahakyan və Qeğetsik Tonoyanı da saxlayıb. Onlar Kentron inzibati rayon polis idarəsinə aparılıblar.


Məlumata görə, onlar 6-cı Ermənistan-Diaspora Forumunun işirakçıları arasında Jirayr Sefilyan və Karo Yeğnukyan haqqında broşuralar paylayarkən tutulublar.


Xatırladaq ki, dünən Karen Dəmirçyan adına Yerevan İdman-konsert kompleksində 6-cı Ermənistan–Diaspora Forumu açılıb.


Forumda dünyanın 70 ölkəsindən 1500 insan, Ermənistan hakimiyyətinin nümayəndələri və ruhanilər iştirak edir. Forum 20 sentyabra qədər davam edəcək.


Xəbər lenti