Xəzər Xəbər

Səudiyyə Ərəbistanı benzinin qiymətini 80 faiz artırır

Dünya | 14:30 • 19 Sentyabr 2017
Səudiyyə Ərəbistanı benzinin qiymətini 80 faiz artırır

Neftin qiymətinin azalması Körfəzin zəngin ölkələrindən olan və dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının benzinin qiymətini 80 faiz artırmasına gətirib çıxarıb.


AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı neftdən asılılığını azaltma proqramı çərçivəsində noyabr ayında benzinin qiymətini artıracaq. Plana görə, benzinin qiyməti 0,75 səudiyyə rialından 1,35 riala (təxminən 0,36 sent) qaldırılacaq. Bu da təxminən 80 faiz artım deməkdir. Benzinin qiymətinin 2018-2021-ci illərdə də tədricən artacağı proqnozlaşdırılır.

Xəbər lenti